Bakı polisi müxalifətin qanunsuz aksiyasının qarşısını alıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Bakı Şəhər Baş Polis İdarəsindənməlumat verilir.
“Bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq saat 15:00 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd edib”, - İdarədən bildiriblər.
Qeyd olunub ki, qanunsuz aksiya keçirmək cəhdinin qarşısı alınıb. “Bu zamanciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb”, - İdarədən vurğulanıb.
Xəbər verildiyi kimi, Müsavat, REAL partiyaları, D18 hərəkatı və digər müstəqil namizədlər fevralın 16-da mitinqin keçirilməsi üçün icazə almaq məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib.
Lakin, BŞİH-nin Apparatı müraciət edənlərin xahişini nəzərə alaraq bu məsələyə təkrar baxıb.
O cümlədən, meriyada qeyd olunub ki, mitinqin təşkilatçıları təırəfindən bəyan edilmiş yer sərnişinlərin sıx hərəkəti ilə seçilir, bu da metropolitenin işində problemlərə səbəb ola bilər.
Alternativ variant kimi, BŞİH mitinqinin fevralın 16-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi Qaradağ təlim-idman bazasında keçirilməsini təklif edib. Lakin müxalifət təklif olunan variantdan imtina edərək MSK binası qarşısında mitinq keçirməyi qərara alıb. **
B.Rüstəmbəyov