2019-cu ildə Azərbaycanda vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə xərclər 2 mln. 268,3 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycanda vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2 mln. 922,7 min manat vəsait sərf olunub. Beləliklə, 2019-cu ildə maliyyələşmənin həcmi 33,4% azalıb.
“2 mln. 268,3 min manat məbləğində ümumi xərclər əsasən süni balıqartırma müəssisələrinin fəaliyyətinin maliyyələşdirilməsi və balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinə yönəldilib”, - Komitədən qeyd olunub.
Bildirilir ki, bu vəsaitin 89,7%-i süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 10,3%-i isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə yönəldilib.
Qeyd olunur ki, ötən il vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 131,7 mln. ədəd balıq körpələrinin 3,4 mln. ədədi çəkikimi balıq körpələrinin, 0,3 mln. ədədi nərəkimi balıq körpələrinin və 0,2 mln. ədədi qızılbalıq körpələrinin payına düşüb.**
B.Rüstəmbəyov