Aprelin 3-də “AGBank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Yığıncaqda Müşahidə Şurası və İdarə Heyətinin tərkibinin təsdiq edilməsi planlaşdırılır. Bundan başqa, səhmdarlar İdarə Heyətinin 2019-cu il üzrə hesabatını, bankın maliyyə nəticələrini və Audit Komitəsinin hesabatını təsdiq edəcəklər”, - deyə məlumatda bildirilir.
“AGBank” 1992-ci ildə yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir.*
Ə.Məmmədov