Bakı Fond Birjasının (BFB) Üzvlük Komissiyasının qərarı ilə “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin birja üzvlüyü dondurulub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
“Birja üzvünün müraciəti əsasında 12 fevral 2020-ci il tarixindən Bakı Fond Birjasının Üzvlük Komissiyasının qərarı ilə “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin birja üzvlüyü 1 il müddətinə dondurulub”, – deyə məlumatda bildirilir.
Beləliklə, BFB-nin üzvü olan investisiya şirkətlərinin sayı 7-dək azalıb.
“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC 2019-cu ilin oktyabr ayında BFB-nin üzvlüyünə qəbul edilmişdi.
“Plato Capital” əvvəllər "Plato Management" adı altında fəaliyyət göstərib. Şirkət "Texnika Bank” tərəfindən 2002-ci ildə “Texnika Capital Management” adı ilə yaradılıb. Bankın lisenziyası ləğv edildikdən sonra şirkət adını "Capital Management"ə dəyişib.
2018-ci ildə investisiya şirkətinin səhmlərinin99%-i Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə satılıb. Şirkətin nizamnamə kapitalı 580 min manatdır.*
Ə.Məmmədov