2019-cu ildə Azərbaycan bankları tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə $5,7 mlrd. məbləğində əməliyyat aparılıb ki, bu da 2018-ci ilin göstəricisindən 17,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Ötən il banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi $5,7 mlrd. təşkil edib (2018-ci il ərzində $7 milyard - İF). Bunun $4,5 mlrd.-nı (78,9%) ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib”, - bankdan bildirilir.
2019-cu ildə qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi $27,8 mlrd. təşkil edib (2018-ci illə müqayisədə artım 9,4% - İF). “Valyuta bazarında əməliyyatların 82,8%-i ABŞ dollarında, 17,2%-i digər valyutalarda aparılıb”, - bankdan vurğulanıb.
2019-cu ildə qeyri-nağd valyuta əməliyyatlarının 33,7%-i banklararası valyuta bazarında (BVB), 66,3%-i isə bankdaxili valyuta bazarında (BDVB) aparılıb. **
Ə.Məmmədov