2019-cu ildə manat əsas tərəfdaş ölkələrin valyutalarına nisbətən bahalaşıb, rus rublu və Ukrayna qrivnası isə istisna təşkil edir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ötən il üzrə Pul siyasəti icmalında deyilir.
Bu dövr ərzində manat türk lirəsinə qarşı 11%, avroya qarşı 2,2%, gürcü larisinə qarşı 6,8% bahalaşıb.
Eyni zamanda, manat Ukrayna qrivnasına qarşı 15,7%, Rusiya rubluna qarşı 11,8%, yapon yeninə qarşı 1,4% ucuzlaşıb.
2019-cu ildə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil edib. Ötən il kommersiya banklarının orta günlük alış məzənnəsi 1,6978, satış məzənnəsi isə 1,7022 manat təşkil edib.
Xəbər verildiyi kimi, 2018-ci ildə manat əsas tərəfdaş ölkələrin bütün valyutalarına qarşı bahalaşıb.*
Ə.Məmmədov