Azərbaycan prezidenti İlham Əliyev Hacıqabul–Muğan avtomobil yolunun tikintisi üçün Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon manat ayırmağı tapşırıb.
Hacıqabul–Muğan avtomobil yolu otuz iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı bazar ertəsi dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov