Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) 177 müraciət daxil olub. Bu barədə MSK-nın sədri Məzahir Pənahov məlumat verib.
“Bizə seçkilərlə bağlı 177 müraciət daxil olub. Müraciətlərin 97-nə baxılıb”, - deyə o bildirib.
Sədrin sözlərinə görə, MSK-ya 68 dairə üzrə 179 seçki məntəqəsində yol verilmiş pozuntuların əks olunduğu 385 videokadr da daxil olub.
M.Pənahov əlavə edib ki, MSK daxil olmuş videofaktların araşdırılmasını davam etdirəcək.*
X.Nəsirzadə