2020-ci ilin yanvar ayında Azərbaycanda 3 milyon 206,5 min ton neft hasil edilib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 3,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Eyni zamanda, yanvarda əmtəəlik neft hasilatı 3,8% - 3 milyon 201,7 min tonadək azalıb.
2020-ci ilin yanvar ayında Azərbaycanda 3 milyard 496,3 milyon kubmetr qaz hasil olunub (artım 14,2%). Eyni zamanda, əmtəəlik qaz hasilatı 2 milyard 412,7 milyon kubmetr (artım 21,1%) həcmində olub. **
N.Abbasova