2020-ci ilin yanvar ayında Azərbaycanda ÜDM 2,4% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2020-ci ilin yanvar ayında ÜDM-nin nominal həcmi 6 milyard 520,2 milyon manat təşkil edib.
Yanvar ayında qeyri-neft sektorunda ÜDM 4,9% artıb, neft-qaz sektorunda 0,7% azalıb.
Hesabat ayında ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 655,3 manat (artım 1,5%) təşkil edib.
Statistik məlumatlara əsasən, hesabat dövründə tikinti istisna olmaqla (azalma 8%) bütün sahələrdə artım qeydə alınıb.
Azərbaycan hökuməti 2020-ci ildə ÜDM-nin 3% artacağını proqnozlaşdırır.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.*
N.Abbasova