Bu gün səhər saatlarında Sədərək Ticarət Mərkəzində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“FHN-in“112” qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir”, - deyə məlumatda bildirilir.*
A.Əzizov