Azərbaycan zəlzələlərdən zərər çəkən Albaniyaya 500 min avro məbləğində əlavə yardım göstərəcək. Bunu Azərbayanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə deyib.
Xəbər verildiyi kimi, 2019-cu ilin dekabr ayında Azərbaycan prezidenti İlham Əliyev Albaniyay 500 min avro məbləğində yardım ayırmağı tapşırıb.
Beləliklə, Azərbaycan təfindən Albaniyay göstərilən yardımın ümumi həcmi 1 milyon avro təşkil edəcək.
Dünən Brüsseldə keçirilən Aİ-nin donor konfransında Albaniyada baş verən güclü zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə maliyyə dəstəyi qismində 1,15 milyard avro məbləğində vəsait toplanıb.
2019-cu il noyabrın sonunda Albaniyada 6,4 bal gücündə zəlzələ baş verib. **
A.Əzizov