Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürülüb. Bu barədə “İnterfaks-Azərbaycan” agnetliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“İlkin məlumata görə, yanğın ayaqqabı mağazasında baş verib. Bütövlükdə, 600-700 kv.m sahə yanıb. Yanğın saat 09:05-də söndürülüb”, - deyə məlumatda bildirilir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, yanğın nəticəsində 10 nəfər xəsarət alıb, 9 nəfərə yerində lazımi tibbi yardım göstərilib, xəstəxanaya aparılmış 1 nəfər isə artıq evə buraxılıb.*
A.Əzizov