2017-2019-cu illərdə “AzerGold” QSC-nin qiymətli metalların satışından gəliri 399,3 milyon manat təşkil edib. Bu barədə QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bəyan edib.
“2017-ci ildən etibarən “AzerGold” 173 min unsiya qızıl və 290 min unsiya gümüş satın, gəliri 399,3 milyon manat təşkil edib”, - İbrahimov çərşənbə axşamı Bakıda keçirilən “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, “AzerGold” qiymətli metalları nəinki beynəlxalq bazarlarda realizə edir, həm də Dövlət Neft Fondu və digər yerli təşkilatlarla qızıl və gümüş təminatı istiqamətində də işlər aparılır.
O qeyd edib ki, “AzerGold” öz məhsullarını yerli bazarda (12 satış nöqtəsi), həmçinin elektron meydançada realizə edir.
“QSC tərəfindən yerli məhsulun realizə olunmasına baxmayaraq, bir sıra hallarda Azərbaycanda idaxl məhsulları daha ucuz satılır. Bu yalnız iki halda mümkündür: bu məhsulların Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilməsi imkanı zamanı və ya əyar vurma orqanının olmaması şəraitində idxal olunan qiymətli metalların əyarının azaldılması şəraitində”, - İbrahimov əlavə edib.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
B.Rüstəmbəyov