2019-cu ildə Azərbaycanda əhalinin sayı 85,651 min nəfər və ya 0,9% artaraq 2020-ci il yanvarın 1-nə 10 mln. 67,108 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ölkədə əhalinin sıxlığı bir kvadrat kilometrə 116 nəfərdir.
Əhalinin 52,8%-i şəhər, 47,2%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.
Ötən ilin 12 ayı ərzində ölkə üzrə 141,179 min doğulan körpə qeydə alınıb, bu da 2018-ci ilin göstəricisindən 1,6% çoxdur və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,3 təşkil edib. Yeni doğulan oğlanlar 53,2% qızlar – 46,8% təşkil edib. Körpələrin 3,356 mini əkiz, 108-i üçəm, 8-i isə dördəm doğulanlardır.
Bu dövr ərzində 55,916 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 5,6 (2018-ci ilin 12 ayı ərzində 5,8) təşkil edib.
Qeyd olunan dövrdə ölkədə qeydiyyat şöbələri tərəfindən 63,869 min nikah (2018-ci illə müqayisədə artım 2,2%) və 17,148 min boşanma halı (artım 15,4%) qeydə alınıb.
Ötən ilin ərzində Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2,042 min nəfər gələn və 1,654 min nəfər ölkədən gedən qeydə alınıb.**
X.Nəsirzadə