"Aztelekom" MMC DSLAM telekommunikasiya avadanlıqlarının satın alınmasına təxminən 850 min manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, “Aztelekom” müvafiq tenderin qalibi olmuş “Huawei International Pte Ltd” şirkəti ilə alqı-satqı müqaviləsi bağlayıb.
Müqavilənin dəyəri 849 min 455,49 manatdır (cari məzənnə ilə təxminən $0,5 milyon).
Tədarük 10 dekabr 2020-ci il tarixinədək həyata keçirilməlidir.
Ofisi Sinqapurda yerləşən “Huawei International Pte.Ltd.” şirkəti informasiya və kommunikasiya infrastrukturu və intellektual qurğular üçün həllər təqdim edir.
“Aztelekom” MMC 1992-ci ilin avqust ayında yaradılıb və tabeliyində 57 yerli telekommunikasiya müəssisəsini birləşdirir. Birlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxildir.*
N.Abbasova