2020-ci ilin yanvar ayında Azərbaycanda 540,4 kq gümüş hasil edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 2,6 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 fevral 2020-ci il tarixinə istehsalçı şirkətlərin anbarlarında gümüş ehtiyatının həcmi 185 kq təşkil edir.
Hazırda Azərbaycanda gümüş hasilatı 2 şirkət tərəfindən həyata keçirilir. Xüsusilə Azərbaycan 1997-ci il avqust ayının 21-də “Anglo Asian Mining PLC” şirkəti ilə müqavilə imzalayıb.
Bundan başqa, Azərbaycan prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC də hasilatla məşğul olur.*
B.Rüstəmbəyov