2019-cu ildə Azərbaycana $546 milyon 472,1 min dəyərində minik avtomobilləri idxal edilib ki, bu da 2018-ci ilin göstəricisindən 34,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2019-cu ildə ölkəyə 43,156 min ədəd minik avtomobili (2018-ci illə müqayisədə artım 1,7 dəfə) gətirilib”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə Azərbaycana $62 milyon 261,2 min dəyərində (artım 1,9 dəfə) 3,78 min ədəd yük avtomobili (artım 1,6 dəfə) idxal olunub.
Beləliklə, 2019-cu ildə Azərbaycana $608 milyon 733,3 min məbləğində minik və yük avtomobilləri idxal edilib.
Bundan başqa, Azərbaycana $73 milyon 353 min dəyərində (artım 4,6 dəfə) 547 ədəd avtobus (artım 1,8 dəfə) gətirilib.
Ölkəyə idxal edilən avtomobillərin ümumi dəyəri ilk dəfə 2018-ci ildə açıqlanıb.*
B.Rüstəmbəyov