2020-ci ilin yanvar ayında Azərbaycan əhalisinin nominal pul gəlirləri 4 milyard 57,5 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 6,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2020-ci ilin yanvar ayında Azərbaycanda orta illik inflyasiya 2,7% təşkil edib.
Statistik məlumatlara görə, bu dövrdə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 5,9% - 407,8 manatadək artıb.
Yanvar ayında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 3 milyard 685,1 milyon manat qalır ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 6,6% çoxdur.
2019-cu ildə əhalinin nominal pul gəlirləri 7,4% artıb.**
Ə.Məmmədov