Bakı Nəqliyyat Agentliyi 2020-ci ilin birinci yarısında paytaxtda avtomobillərin parkinqinin yaradılması ilə bağlı hesabat hazırlayaraq Azərbaycan prezidentinə təqdim edəcək. Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
“Bu il biz parkinqlə əlaqədar bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq məsləhət xidmətlərini cəlb etmişik ki, Bakı şəhərində parkinq məsələsi nəinki infrastruktur cəhətdən, eyni zamanda, iqtisadi baxımdan analiz olunsun. Çünki şəhər zonalara bölünməlidir”, - Kərimli çarşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda bildirib.
Kərimli qeyd edib ki, şəhərdə tıxac olan vaxtlarda açıq yolları analiz edib harada neçə yeraltı parkinqmi, küçə parkinqimi, yoxsa, xüsusilə molların və insanların yaşadığı əsas yerlərdə modul parkinqlər tikilməlidir və onların tarifləri olmalıdır.
O qeyd edib ki, şəhər mərkəzinin tarifi fərqli qiymətdə olmalıdır. “B” zonası fərqli qiymətdə olmalıdır. **
B.Rüstəmbəyov