Bakı Nəqliyyat Agentliyi 2020-ci ilin birinci yarısında Bakıda bütün marşrut xəttlərində avtobuslarda kart sistemi ilə ödənişin tətbiqini planlaşdırır. Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
“Biz bu ilin birinci yarısında bütün marşrut xəttlərində işləyən avtobuslarda ödənişin kart sistemi ilə aparılmasını təmin edəcəyik”, - Kərimli çarşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda bildirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
O xatırladıb ki, hazırda Bakıda 2,2 min avtobusla sərnişin daşınır.
BNA-nın saytındakı məlumata əsasən, Bakıda 663 avtobusda ictimai nəqliyyatda kart sistemi ilə ödəniş tətbiq olunur.
Xəbər verildiyi kimi, gediş üçün nağdsız ödəniş sistemi üçün dəyəri 2 manat təşkil edən «BakıKART» kartından istifadə olunur. Şəhərdaxili bir gedişin dəyəri 0,3 manat təşkil edir. **
N.Abbasova