Prezident İlham Əliyev Gədəbəy rayonunun ərazisində yeni körpülərin tikintisinin başa çatdırılması məqsədilə vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,7 milyon manat ayrılacaq.
Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.*
X.Nəsirzadə