Ermənistanın baş naziri və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar çərşənbə axşamı İrəvanda Qarabağ münaqişəsinin həlli prosesini müzakirə ediblər.
“Paşinyan bəyan edib ki, Ermənistan münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinə sadiqdir”, - Ermənistan hökumətinin mətbuat xidməti məlumat verir. O cümlədən, görüş zamanı Ermənistan və Aİ arasında münasibətlər müzakirə olunub.
Klaar Ermənistanın müdafiə naziri David Tonoyanla görüşüb. “Klaar bəyan edib ki, Aİ ATƏT-in Minsk qrupunun həmsədrlərinin Qarabağ münaqişəsinin həllinə dair səylərinə yardım edir və bu formatda danışıqların aktivləşməsinə təkan verməyə hazırdır”, - nazirliyin mətbuat xidmətindən məlumat verilir. **