2020-ci ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin profisiti 418,1 milyon manat və ya hesabat dövründə ÜDM-nin 6,4%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 1 milyard 821 milyon manat (ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə azalma 13,7%), xərcləri 1 milyard 402,9 milyon manat (artım 9,9%) təşkil edib.
Yanvar ayında Azərbaycan üzrə ÜDM-nin nominal həcmi 6 milyard 520,2 milyon manat təşkil edib.
2020-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 milyard 134,5 milyon manat, xərcləri üzrə 26 milyard 894,7 milyon manat təşkil edir. Cari ildə dövlət büdcəsinin kəsiri 2 milyard 760,2 milyon manat və ya ÜDM-nin 3,3%-i səviyyəsində proqnozlaşdırılır.*
Ə.Məmmədov