2019-cu ildə Azərbaycana 335,6 min ton mineral gübrə idxal edilib ki, bu da 2018-ci ilin göstəricisindən 17% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2019-cu ildə ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $113 milyon 249,6 min (artım 27,1%) təşkil edib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $8 milyon 724,2 min dəyərində (azalma 11%) 39 min 390,4 ton (azalma 5,2%) sement və sement klinkeri idxal edilib.
2019-cu ildə respublikaya $56 milyon 995,2 min dəyərində (artım 8,2%) 49 min 355 ton (artım 20,9%) polietilen idxal edilib.
Hesabat dövründə Azərbaycana $270 milyon 909,1 min dəyərində 353,4 min ton metalyayma məhsulu (artım 29,7%), $77 milyon 552,9 min dəyərində 138,5 min ton qara metaldan hazırlanan çubuqlar (azalma 12,2%), $33 milyon 686 min dəyərində 44 min 155,6 ton qara metaldan hazırlanan günyə (artım 19%), $279 milyon 112,5 min dəyərində (azalma 39,7%) 191,2 min ton qara metaldan hazırlanan boru (azalma 12,7%) idxal edilib.**
B.Rüstəmbəyov