2019-cu ildə Azərbaycana 1 milyon 585 min ton buğda idxal edilib ki, bu da 2018-ci ilin göstəricisindən 46,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $340 milyon 533,1 min (artım 1,7 dəfə) təşkil edib.
Hesabat dövründə Azərbaycana $126 milyon 672,7 min dəyərində (artım 46,4%) 346,4 min ton şəkər xammalı və şəkər (artım 45,1%), $109 milyon 345,1 min dəyərində (azalma 0,1%) 141,5 min ton bitki yağı (artım 8,9%), $55 milyon 49 min dəyərində (artım 10,5%) 14,095 min ton çay (artım 8,8%), $71 milyon 576,6 min dəyərində (artım 2,7%) 14,032 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 15,8%) idxal edilib.
2019-cu ildə respublikaya $28 milyon 92 min dəyərində (artım 11,4%) 8,81 min ton iribuynuzlu heyvan əti (artım 5,8%), $43 milyon 818,1 min dəyərində (artım 13%) 37,713 min ton quş əti və quş əti məhsulları (artım 10,6%) idxal edilib.
Ötən il Azərbaycana $112 milyon 997,4 min dəyərində (artım 3,5%) 110,3 min ton meyvə (artım 3,5%), $10 milyon 478,8 min dəyərində (artım 14,4%) 19,457 min ton tərəvəz (artım 17,9%), $51 milyon 816 min dəyərində (artım 34,1%) 193 min ton kartof (artım 27,6%) idxal edilib.
Hesabat dövründə ölkədən $214 milyon 130,2 min dəyərində (artım 5,6%) 221,2 min ton tərəvəz (azalma 5,2%), $361 milyon 368,3 min dəyərində (artım 11,3%) 336,3 min ton meyvə (artım 5,4%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $26 milyon 880,1 min dəyərində (artım 7,6%) 62,068 min ton şəkər (artım 40,8%), $7 milyon 399,4 min dəyərində (azalma 20,9%) 8,218 min ton bitki yağı (azalma 24,2%) ixrac edilib.
2019-cu ildə Azərbaycan $11 milyon 183,6 min dəyərində (аrtım 15,6%) 9,87 min ton meyvə və tərəvəz şirələri (artım 31,8%), $7 milyon 339,9 min dəyərində (azalma 4,9%) 532,2 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 19,1%), $9 milyon 190,3 min dəyərində (аrtım 18,5%) 6 min 927,8 ton meyvə və tərəvəz konservləri (artım 3,6%), $13 milyon 598 min dəyərində (artım 6,8%) 6,488 min ton tütün (artım 1,6 dəfə) ixrac edib.*
B.Rüstəmbəyov