Dövlət Statistika Komitəsi “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”na uyğun müvafiq işlərin yerinə yetirilməsinə 380 min manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, bu məqsədlə “Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi” MMC ilə müqavilə imzalanıb.
Müqavilə 2020-ci il üçün Statistik İşlər Proqramı və “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”na uyğun müvafiq işlərin yerinə yetirilməsi üçün elmi-tədqiqat işlərinin aparılması, statistik metodologiyaların təkmilləşdirilməsi, statistik müayinələr üçün seçmənin aparılması və layihələndirilməsi, operativ poliqrafiya işlərinin həyata keçirilməsini nəzərdə tutur.
Müqavilənin dəyəri – 379,934 min manatdır. **
B.Rüstəmbəyov