2020-ci ilin yanvar ayında Azərbaycanda 192 ədəd minik avtomobili istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Cari ilin yanvar ayında avtomobil istehsalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıb. 1 fevral 2020-ci il tarixinə anbarlarda 134 ədəd minik avtomobili var”, - deyə məlumatda bildirilir.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Hazırda avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2019-cu ildə Azərbaycanda 2,36 min ədəd minik avtomobili (2018-ci illə müqayisədə artım 2,4 dəfə), eləcə də 905 ədəd müxtəlif təyinatlı traktor (azalma 30,5%) istehsal edilib.*
B.Rüstəmbəyov