2020-ci ilin yanvar ayında Azərbaycana $60 milyon 992 min ümumi məbləğdə 5,906 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2018-ci ilin yanvar ayı ilə müqayisədə idxalın həcmi 2,4 dəfə artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – $51 milyon 357,93 min məbləğində 5,56 min ədəd avtomobil sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2019-cu ilin yanvar ayı ilə müqayisədə minik avtomobillərinin idxalı 2,5 dəfə artıb.
Yanvarda Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 292 min ədəd motorlu nəqliyyat vasitəsi ($4 milyon 119,74 min məbləğində, artım 37,2%) və 18 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi ($2 milyon 434,39 min məbləğində, artım 1,5 dəfə) idxal edilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $3 milyon 80 min məbləğində 36 ədəd (artım 2 dəfə) motorlu nəqliyyat vasitəsi gətirilib.
Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycana avtomobil nəqliyyatı vasitələrinin idxal həcmi 2018-ci illə müqayisədə 65,2% və ya 47,71 min ədəd artıb. **
B.Rüstəmbəyov