Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Gəncənin baş planının hazırlanmasına başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Komitədən məlumat verilib.
“Layihə Fransanın «Vasconi Architects by Thomas Schinko» şirkəti tərəfindən "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu ilə birgə reallaşdırılır. İmzalanan müqavilə əsasən, Gəncənin baş planının hazırlanması işləri 30 ay ərzində başa çatdırılmalıdır (2022-ci ilin ikinci yarısında - İF)”, - Komitədən qeyd olunub.
Komitədən bildirilib ki, qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, birinci mərhələdə şəhərin inkişaf konsepsiyasının hazırlanması planlaşdırılır. **
Ə.Məmmədov