İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycanın bölgələrinə həkimlərin cəlb edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır. Bunu Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
“Bölgələrdə mütəxəssislərin sayının kifayət qədər olmaması problemi bizə yaxşı məlumdur. Bunun həlli üçün həm qısamüddətli, həm də uzunmüddətli bir sıra tədbirlər planlaşdırırıq. Birinci mərhələdə qısamüddtli həllər qismində ölkənin regionlarına təcrübəli mütəxəssislərin bir neçə genlek ezam edilməsini təklif edirik”, - Əliyev cümə axşamı Bakıda keçirilən mətbuat konfransında bildirib.
Əliyev, bu problemin uzunmüddətli həlli tədbirlərinə toxunaraq, qeyd edib ki, Agentlik bölgələrdə işləməyə hazır olan həkimlər üçün müxtəlif mükafatların tətbiqi imkanını müzakirə edir.
“Bundan əlavə, xarici tibb ali məktəblərdə təhsil alan tələbələrimizlə danışıqlara başlamışıq. Onların daha yüksək əmək haqqı və digər mükafatlar əssaında regionlarda işə cəlb olunmaları imkanını müzakirə edirik. O cümlədən, tədris başa çatdıqdan sonra tələbələrin müəyyən müddətə regionlara göndərilməsi siyasətini tətbiq etməyi düşünürük”, - o qeyd edib.
Əliyev əlavə edib ki, həmçinin regional tibb müəssisələri nəzdində tibb fakultələrinin açıması imkanı nəzərdən keçirilir. “Beləliklə, tələbələr öz bölgələrində təhsil ala, daha sonra isə elə orada işləyə biləcəklər”, - Agentliyin rəhbəri əlavə edib. **
Ə.Məmmədov