2020-ci ilin yanvar ayında Azərbaycan $42 milyon 36,55 min ümumi məbləğdə 37,518 min ton meyvə-tərəvəz ixrac edib.
2019-cu ilin yanvar ayı ilə müqayisədə miqdar ifadəsində 20,8%, dəyər ifadəsində 3,2% azalıb.
Xüsusilə, cari ilin yanvar ayında xaricə $13 milyon 249,19 min məbləğində 10,611 min ton pomidor ixrac olunub (2019-cu ilin yanvar ayı ilə müqayisədə miqdar ifadəsində 16,4%, dəyər ifadəsində 26,3% artım).
Həmçinin, yanvarda aşağıdakı məhsullar ixrac olunub: meşə fındığı - $11 milyon 393,46 min məbləğində (azalma 7,1%) 1,844 min ton (azalma 23,5%), alma - $3 milyon 528 min məbləğində (аzalma 32,7%) 8,203 min ton (azalma 32,6%), xurma - $10 milyon 604 min məbləğində (аzаlma 15,8%) 13,436 min ton (azalma 19,8%). **
B.Rüstəmbəyov