“Bakı Metropoliteni” QSC N.Nərimanov adına elektrik deposunda informasiya və kommunikasiya infrastruktununun yaradılması üzrə xidmətlərə 1,2 milyon manatdan çox vəsait yönəldəcək . Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
“Bakı Metropoliteni “Bakinity Distribution” MMC ilə N.Nərimanov adına elektrik deposu ərazisində yerləşən “Depolar üzrə iş Departamenti” üçün İKT-infrastrukturunun yaradılması haqqında müqavilə bağlayıb. Şirkət müvafiq tenderin qalibi olub”, - deyə məlumatda bildirilir.
Müqavilənin dəyəri 1 milyon 206 min 270,95 manatdır.*
N.Abbasova