14-15 may tarixlərində Bakıda Maliyyə və Texnologiyalar Sammiti keçiriləcək. Bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) məlumatında deyilir.
“Sammitdə maliyyə texnologiyaları, rəqəmsallaşma, ödənişlər ekosistemi sahəsində yeni və qarşıdan gələn trendlər müzakirə olunacaq”, - deyə məlumatda bildirilir.
Sammit çərçivəsində müxtəlif görüşlər, seminarlar və müsabiqələr də keçiriləcək.
Tədbir VISA beynəlxalq kart təşkilatı ilə tərəfdaşlıq çərçivəsində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikası Mərkəzi Bankı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə təşkil olunub.*
Ə.Məmmədov