Azərbaycan İtaliyada neft nəqli üzrə birinci yerdədir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Azərbaycan İtaliyada neft nəqli üzrə №1-dir. İtaliyada neft istehlakının 17%-i Azərbaycan hesabına təmin olunur. Azərbaycandan İtaliyaya neft nəql olunduğu 15 il ərzində heç bir problem və fors-major vəziyyəltər baş verməyib, yəni Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsbit edib”, - Əliyev bu gün Romada İtaliya prezidenti Sercio Mattarella ilə mətbuata birgə bəyanatla çıxışı zamanı bildirib.
O cümlədən, prezident Əliyev Trans-Adriatik Boru Kəmərinin (TAP) tikinti layihəsinin reallaşdırılmasında İtaliya rəhbərliyi tərəfindən xüsusi səyləri qeyd edib.
“2018-ci ilin yayında prezident Mattarellanın Bakıya rəsmi səfəri zamanı aparılan müzakirələrdən sonra TAP qaz kəmərinin tikintisi sürətləndirilib, hazırda bu layihənin son mərhələsindəyik”, - Əliyev bildirib.
O məlumat verib ki, TAP-ın tikintisi işləri 93% yerinə yetirilib və “Cənub Qaz Dəhlizi” layihəsinin tarixi əhəmiyyətini vurğulayıb.
“TAP-CQD-nin 4 komponentinin sonuncusudur. Dəhliz 7 ölkəni birləşdirir, həmin ölkələr arasında, həm energetika, həm siyasi, həm də digər sahələrdə əməkdaşlığa müsbət təsir göstərir. Bundan sonra qeyd olunan ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələr daha da sürətlənəcək”, - Əliyev belə hesab edir.
Daha əvvəl energetika naziri Pərviz Şahbazova istinadən verilən məlumata görə, 2018-2019-cu illərdə SOCAR İtaliyaya 15,9 milyon ton Azərbaycan nefti, 189 min ton neft məhsulları və 43,7 min ton neft-kimya məhsulları tədarük edib.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Layihənin səhmdarları BP (20%), SOCAR (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
Layihə 4,5 milyard avro həcmində qiymətləndirilir.
Azərbaycan qazının TAP ilə Avropaya tədarükü 2020-ci ilin dördüncü rübündə gözlənilir.
Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $38 mlrd.-dır. **
N.Abbasova