Naxçıvan Beynəlxalq Hava Limanında ikinci uçuş-enmə zolağının inşası başa çatıb.
Yeni uçuş-enmə zolağının inşası Azərbaycan prezidentinin tapşırığına əsasən həyata keçirilib və geniştutumlu hava gəmilərinin qəbuluna imkan verəcək”, - deyə hava limanından “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Uçuş-enmə zolağının uzunluğu 3,3 km, eni isə 60 metrdir.
“Tikinti işləri iqlim şəraiti və beynəlxalq tələblər nəzərə alınmaqla aparılıb”, - deyə məlumatda bildirilir.
Naxçıvan Beynəlxalq Hava Limanından İstanbula (həftədə 2 dəfə) və Moskvaya (həftədə 1 dəfə) birbaşa reyslər həyata keçirilir. Yanvar ayında 45 minə yaxın sərnişin aeroportun xidmətlərindən istifadə edib.
Naxçıvan Beynəlxalq Hava Limanında ikinci uçuş-enmə zolağının inşası layihəsinin ümumi dəyəri 50 milyon manatdır.*
Q.Hüseynova