SOCAR (ARDNŞ) və İtaliyanın “Snam” şirkəti arasında enerjinin transformasiyası sahəsində saziş imzalanıb.
SOCAR-ın məlumatına görə, saziş cümə günü Azərbaycan prezidenti İlham Əliyevin İtaliyaya səfəri Romada imzalanıb.
Saziş aşağıdakı iqtiqamətlər üzrə əməkdaşlığı nəzərdə tutur:
- bioqaz və biometandan istifadənin araşdırılması və inkişafı, həmçinin anaerob emal müəssisələrin yaradılması üçün imkanların araşdırılması. Bu tipli müəssisələrin layihələndirilməsində və tikintisində Snam-ın törəmə şirkəti olan “IES Biogas”ın təcrübəsi tətbiq oluna bilər. SOCAR və Snam bu məsələ ilə bağlı potensial birgə investisiya imkanlarını qiymətləndirməyi planlaşdırır;
- yeni yanacaqpaylayıcı məntəqələri inkişaf etdirməklə və sıxılmış təbii qaz (CNG), maye təbii qaz (LNG) və hidrogendən (H2) istifadə etməklə dayanıqlı nəqliyyatın dəstəklənməsi. Snam-ın törəməsi olan “Cubogas” bu layihəyə cəlb oluna bilər. Avtomobil istehsalçıları ilə əməkdaşlığın qurulması və avtomobillərin modifikasiya olunması da mümkündür;
- hidrogen istehsalı və müvafiq infrastrukturun inkişafı üçün mövcud imkanların araşdırılması.
“Snam”ın baş direktoru Marko Alveranın rəyinə görə, biometan və hidrogenin inkişafı Cənub Qaz Dəhlizi və TAP kəməri vasitəsilə bərpaolunan qazların nəqli üçün yeni imkanlar yarada bilər və beləliklə etibarlı və çevik təchizat ilə yanaşı ekoloji davamlılığı artırar. **
A.Əzizov