Azərbaycan və İtaliya arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönələn 17 sənəd imzalanıb.
Sənədlər Azərbaycan prezidenti İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının sədri Cüzeppe Kontenin geniş tərkibdə görüşü başa çatandan sonra imzalanıb. Bu barədə Azərbaycanın dövlət başçısnın saytında məlumat verilir.
Xüsusilə, Əliyev və Konte “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni imzaladılar.
Bundan əlavə, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
O cümlərdən, tərəflər arasında aşağıdakı sənədlər imzalanıb: “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İtaliya Respublikasının Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı Nazirliyi arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A" arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə”, “Azərbaycan Milli Olimpiya Komitəsi ilə İtaliya Milli Olimpiya Komitəsi arasında Anlaşma Memorandumu”, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə İtaliya Aerokosmik Agentliyi arasında sülh məqsədilə kosmos fəaliyyətləri sahəsində Anlaşma Memorandumu”, “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə CDP, SACE, “Simest” şirkətləri arasında Anlaşma Memorandumu”, “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə İtaliya Ticarət Agentliyi (ICE) arasında Anlaşma Memorandumu”, “SOCAR ilə SNAM arasında əməkdaşlıq sazişi”, “AZPROMO ilə “Simest” arasında Tərəfdaşlıq Sazişi”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “Ansaldo Energia” arasında Anlaşma Memorandumu, “Azərenerji” ASC ilə “Ansaldo Energia” arasında Anlaşma Memorandumu”, “Azərbaycan Dəmir Yolları” QSC ilə “I.M.A. Project Financing S.R.L.” şirkəti arasında dəmir yolu maşınlarının (drezinlərin) və iş avadanlıqlarının satınalınması barədə müqavilə", “ADA Universiteti ilə Luiss Universiteti arasında Anlaşma Memorandumu”. **
A.Əzizov