“Şahdəniz” yatağından İtaliyaya Azərbhaycan nəqlinin başlanması qarşılıqlı ticarət dövriyyəsinin illik 2 milyard avro artmasına gətirəcək. İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio di Stefano belə hesab edir.
“Bizim demək olar ki, 6 milyard avro məbləğində ticarət dövriyyəmiz olub. Trans-Adriatik, Trans-Anadolu və Cənubi Qafqaz boru kəmərləri ilə artıq gerçəkləşən ən böyük imkanlar həqiqətən münasibətlərimizə təkan verəcək. Bu, “Şahdəniz” qaz yatağı ilə bağlantı sayəsində mümkün olacaq. Bu, bizə 2 milyard avro dəyərində, - bu rəqəm qeyd edilməmişdir, - əlavə ticarət dövriyyəsini gətirəcək”, - di Stefano cümə axşamı Romada prezident İlham Əliyevin İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə görüşündə bildirib.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $38 mlrd.-dır.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin dörüdncü rübündə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin iyun ayından başlanılıb.**
A.Əzizov