2019-cu ildə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dövlət büdcəsinə 1 milyard 619,727 milyon manat məbləğində vergi ödəyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Ötən il SOCAR tərəfindən dövlət büdcəsinə 1 milyard 619,727 milyon manat vergi ödənilib ki, bu da 2018-ci ilin göstəricisindən 1% çoxdur”, - deyə məlumatda bildirilir.
2019-cu ildə şirkətin büdcəyə ümumi ödənişlərində aşağıdakı vergilər əsas paya malikdir: aksiz vergisi 28%, əlavə dəyər vergisi 18%, mənfəət vergisi 16%, ixrac vergisi 10%, mədən vergisi 8%, gəlir vergisi 5%, əmlak vergisi, sair vergilər 15%.
Bundan başqa, SOCAR hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna 173,641 milyon manatvəsait ödəyib.
2018-ci ildə SOCAR dövlət büdcəsinə 1 milyard 604,514 milyon manat məbləğində vergi ödəyib.*
N.Abbasova