Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 300 mənziklin alışına dair tender elan edib. Bu barədə nazirliyin elanında qeyd olunur.
Xüsusilə, ƏƏSMN Bakı şəhərinin qəsəbələrində, həmçinin Gəncədə bi, iki və üçotaqlı 300 mənzil almaq niyyətindədir.
Tenderdə iştirak haqqı 100 manat təşkil edir.
Nazirliyin şərtlərinə əsasən, bütün mənzillər təmirli, mövcud kommunikasiya xəttləri, ƏMDK-nın sənədi olamalı, kommmunal xidmətlərə görə borcları olmamalıdır.
Tender üzrə təkliflər 2020-ci il 15 aprel saat 17:00-dək qəbul olunur. Təkliflər zərfi 16 aprel saat 15:30-da açılacaq. **
X.Nəsirzadə