2020-ci ilin yanvar ayında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 17,6 milyon ton yük daşınıb ki, bu da 2019-cu analoji dövrünün göstəricisindən 2,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 78,5% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 21,5% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin yanvar ayında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,9% artıb.
Hesabat dövründə dəmir yolu ilə 1 milyon 153,9 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,8% azdır.
Dəniz nəqliyyatı ilə 486,7 min ton (azalma 7,2%), avtomobil nəqliyyatı ilə 10 milyon 405,3 min ton (artım 4,8%), hava nəqliyyatı ilə 22,6 min ton (artım 25,6%) müxtəlif yük daşınıb.
Bu dövrdə daxili neft kəmərləri vasitəsilə 3 milyon 251,4 min ton neft (azalma 5,4%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.**
B.Rüstəmbəyov