"Azercell Telecom"un 2019-cu ildə Azərbaycanın telekommunikasiya sektorunun inkişafına sərmayələri $94,5 milyonu keçib. Bu barədə şirkətin prezidenti Vahid Mürsəliyev məlumat verib.
“Şirkətin fəaliyyəti dövründə (1996-2019-cu illər) Azərbaycanın telekommunikasiya sektorunun inkişafına sərmayələrin ümumi həcmi $1 milyard 621 milyon, həmçinin 2019-cu ildə - $94 milyn 505,485 min təşkil edib (2018-ci illə müqayisədə artım – 58,8% - İF)”, - Mürsəliyev cümə günü “Azercell”in ötən il ərzində fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə şirkətininsan resurslarının inkişafına $973 minmdən artıq vəsait yönəldib.
2019-cu ildə “Azercell”in sosial layihələrin reallaşdırılmasına sərmayələri $253 mindən artıq, 23 illik fəaliyyəti dövrü ərzində ümumilikdə $19 milyon 237 min 676,12 təşkil edib.
“23 il ərzində Azərbaycanın dövlət büdcəsinə şirkətin vergi ayırmaları 1 milyard 845 milyon manat, həmçinin 2019-cu ildə - 112 milyon manat təşkil edib”, - Mürsəliyev qeyd edib.
O əlavə edib ki, mobil rabitə bazarında “Azercell”in payı 49%, abonentlərin sayı – 4,5 milyon nəfər təşkil edir.
"Azercell Telecom" 1996-cı il yanvarın 19-da təsis olunub. Şirkət respublika ərazisinin 99,8%-ni əhatə edir. **
N.Abbasova