Vergi orqanları tərəfindən Bakı şəhəri, Yasamal rayonunda alkoqollu içkilər və tütün məmulatlarının satışı ilə məşğul olan obyektdə vergi nəzarəti tədbiri həyata keçirilib. Bu barədə Vergi Xidmətindən məlumat verilib.
“Vergi nəzarəti tədbiri zamanı mağazada aksiz markaları ilə markalanmamış 48 şüşə alkoqollu içki və 10,813 min qutu tütün məmulatları aşkar olunaraq götürülüb”, - deyə məlumatda bildirilir.
Faktla bağlı cinayət işi qaldırılıb, fiziki şəxs Nizami Nizaməddinov barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.*
Ə.Məmmədov