Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayonunda sabiq icra başçısı İsmayıl Vəliyev daxil olmaqla şübhəli şəxs qismində 6 vəzifəli şəxsin saxlanılması ilə bağlı açıqlama yayıb.
Məlumatda qeyd olunur ki, saxlanılan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə şübhəli şəxs qismində saxlanılıblar.
Hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. **
B.Rüstəmbəyov