“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Roma şəhər meriyası arasında əməkdaşlıq haqqında bəyannamə imzalanıb. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilib.
Bəyannamə prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində onun iştirakı ilə imzalanıb.
Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Roma şəhərinin meri Vircinia Raggi imzalayıblar.*
Ə.Məmmədov