Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) koronavirusun İranda yayılması ilə əlaqədar ölkə vətəndaşlarına müraciət edib.
“Son zamanlar yeni növ təhlükəli virusun (koronavirus 2019-nCoV) yaxın bölgəmizdə yayılması təhlükəsini nəzərə alaraq və İran İslam Respublikasının rəsmi qurumlarının bu xüsusda yaydığı xəbərdarlığa istinad edərək, Azərbaycan vətəndaşlarını İran İslam Respublikasına səyahət edərkən, xüsusilə də ziyarət səfərləri zamanı son dərəcə ehtiyatlı olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etməyə çağırırıq”, - deyə XİN-in məlumatında bildirilir.
Azərbaycan vətəndaşlarına hər hansı problemlə üzləşdikləri zaman Tehran şəhərindəki səfirliyimizə və ya Təbriz şəhərindəki Baş Konsulluğumuza müraciət etmələri tövsiyə olunur.*
X.Nəsirzadə