Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məsləhət xidmətlərinin göstərilməsi və treninqlərin keçirilməsi üçün podratçı seçir.
Seçim açıq tender metodu ilə keçirilir. Tenderdə iştirak haqqı 1,3 min manatdır.
Tender təklifləri 2 aprel saat 16:00-dək qəbul olunur. Tender proseduru 3 aprel saat 16:00-da baş tutacaq.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə xidmətlərin göstərilməsi daxildir.*
Ə.Məmmədov