2020-ci ilin yanvar ayında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 146,617 milyon sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 406 min nəfər (artım 72%), dəniz nəqliyyatı ilə 1,8 min nəfər (artım 50%), hava nəqliyyatı ilə 194,4 min nəfər (artım 19,1%), metro vasitəsi ilə 19 milyon 578,8 min nəfər (artım 5,4%) daşınıb.
Cari ilin yanvar ayında avtomobil nəqliyyatı vasitələri ilə 128,436 milyon sərnişin (artım 1,5%), avtobuslarla 123,759 milyon sərnişin (artım 1,5%), taksilərlə 4,677 milyon sərnişin (artım 2,4%) daşınıb.*
B.Rüstəmbəyov