2019-cu ildə Azərbaycanda yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 130,1 milyon manat və ya 2018-ci illə müqayisədə 3,6 dəfə çox vəsait sərf olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2019-cu ildə ölkədə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 130,1 milyon manat sərf olunub ki, bu da 2018-ci illə müqayisədə 3,6 dəfə çoxdur. Aparılmış geoloji-kəşfiyyat işlərinin 96,9%-i neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilib və bu işlərə 126,1 milyon manat xərclənib. Bu, 2018-ci illə müqayisədə 4,3 dəfə çoxdur”, - deyə məlumatda bildirilir.
2018-ci illə müqayisədə ötən il qeyri-filiz faydalı qazıntı yataqlarının kəşfiyyatına 3,1%, hidrogeoloji işlərə 9,7% çox vəsait sərf edilib.*
B.Rüstəmbəyov